22.11.2024, 00:30
AZ EN
23.08.2023, 14:56 272

Talış kənd məktəbinin şagirdləri “Təhsil avtobusu – gələcəyə doğru” layihəsinə qoşulublar

XƏBƏRLƏR
  • “Azərbaycan üçün öyrət” proqramı çərçivəsində təşkil edilən “Təhsil avtobusu – gələcəyə doğru” layihəsinin növbəti dayanacağı Tərtər rayonunun Talış kəndi olub.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, yay məktəbinin altıncı günündə 17 şagird iştirak edib. Layihə çərçivəsində yaradıcı düşünmə, ünsiyyət və təqdimat bacarıqları, ilkin sahibkarlıq anlayışları, kodlaşdırma, robototexnika, STEAM metodologiyası üzrə təlimlər, intellektual yarış və oyunlar təşkil olunub.

Qeyd edək ki, layihənin məqsədi şagirdlərə yeni bacarıq və vərdişlər qazandırmaq, onlarda həyata fərqli baxış, dünyagörüşünün formalaşmasına təsir göstərmək və Heydər Əliyev irsini təbliğ etməkdir.

Elm və Təhsil Nazirliyi, Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyinin təşkilatçılığı və Regional İnkişaf İctimai Birliyinin dəstəyi ilə 2016-cı ildən hər il müxtəlif konsepsiya ilə yola çıxan “Təhsil avtobusu” layihəsinə respublikanın 29 bölgəsi üzrə 900-dən çox şagird və tələbə cəlb edilib. (AZƏRTAC)

Oxşar xəbərlər