22.09.2024, 02:44
AZ EN
22.08.2023, 16:34 236

Şəhid haqqında film çəkilib

XƏBƏRLƏR
  • Birinci Qarabağ müharibəsinin şəhidi Məmmədov Ələsgər Kamran oğlu haqqında portret-xatirə filmi çəkilib.

Ekran əsərinin ssenari müəllifi yazıçı Tağı Türk, quruluşçu operator və rejissoru Ramin Ələsgərli, köməkçi operator Fərhad Kərimli, montaj rejissoru və dron operatoru Aqil Əhmədlidir.

Şəhidin həyatından, keçdiyi döyüş yolundan və şəhidlik zirvəsinə necə yüksəldiyindən bəhs edən filmdə Ələsgər Məmmədovun ailəsi, yaxınları və hərbçi yoldaşı çəkilib. 

Qeyd edək ki, filmin bir hissəsi işğaldan azad edilmiş Füzuli rayonunun Dövlətyarlı kəndinin qəbristanlığında – şəhidin məzarı başında çəkilib.
Şəhid Məmmədov Ələsgər Kamran oğlu 1972-ci il iyulun 7-də Füzuli rayonunun Dövlətyarlı kəndində anadan olub. 1992-ci ilin may ayında rayonun Yuxarı Veysəlli kəndinin müdafiəsi uğrunda gedən döyüşlərdə itkin düşüb. Nəşi həmin ilin iyun ayının 5-də Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun səyi nəticəsində düşməndən alınaraq doğma kəndində dəfn edilib.

Doğulduğu Dövlətyarlı kənd orta məktəbinə şəhidin adı verilib.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər