23.12.2024, 03:51
AZ EN
24.05.2022, 11:10 360

Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib

XƏBƏRLƏR
  • Bu gün İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) Yayım Şurasının iclası keçirilib. İclasda İTV-nin baş direktoru vəzifəsinə seçki olub. Əvvəlcə namizədlərin təklifləri dinlənilib, sonra gizli səsvermə keçirilib. Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib.

Xatırladaq ki, İTV-nin baş direktorunun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar bir müddət əvvəl bu vəzifəyə seçki elan olunub. Seçkidə 8 nəfər iddiaçı – Nəsirov Rəşad Barat oğlu, Məmmədzadə Tural Sahib oğlu, Həsənov Anar Bəybala oğlu, Abbasova Təranə Süleyman qızı, Qasımov Balakişi Ələkbər oğlu, Əliyev Ədalət İsaxan oğlu, Əlizadə Üzeyir Əli oğlu və Nağıyev Anar Əlişah oğlu ediblər.

Oxşar xəbərlər