Bunu keniyalı ekofəal Peter Nqola deyib.
O, “Environmental Protection First” koalisiyasının Ermənistanın Ətraf Mühit Nazirliyinin cavab bəyanatını qınadığını vurğulayıb: “Qlobal ictimaiyyətin və “Environmental Protection First” koalisiyasının üzvü olaraq biz Ermənistan Ətraf Mühit Nazirliyinin Azərbaycanla sərhəddəki Vedibasar rayonunda, Arazdəyəndə tikintisi davam edən metallurgiya zavodu ilə bağlı cavab bəyanatını qınamağa davam edirik. Biz bir daha vurğulayırıq ki, bu genişmiqyaslı metallurgiya zavodunun inşası beynəlxalq standartlara, xüsusən də BMT-nin Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsinə dair Avropa Konvensiyası üzrə İqtisadi Komissiyasının (Espoo Konvensiyası) prinsiplərinə məhəl qoyulmamasıdır. Bu konvensiya sərhədyanı fəaliyyətləri əhatə edir və bu kimi durumlarda bir neçə ölkənin iştirakının vacibliyini qeyd edir. Sərhədyanı bölgədə yaşayan insanların qarşılıqlı razılığı olmadan bu cür zavodların inşası 1991-ci il Espoo Konvensiyasının pozulmasıdır və əraziyə yaxın yaşayan sakinlərin həyatının təhlükəyə atılmasıdır. Bu səbəbdən də onların prosesdə mənalı iştirakı təmin edilməlidir. Su resurslarının, havanın və ətraf mühitin faciəvi şəkildə çirkləndirilməsi gələcək nəsillərə də təsirsiz ötüşməyəcək. Ona görə də biz qlobal ictimaiyyətə və BMT-yə texniki ekspertləri ilə prosesdə iştirak etmələri üçün müraciət edirik, məsələnin monitorinqi üçün mediaya müraciət edirik. Ermənistan da daxil olmaqla, bütün ölkələri dünyanın yaşamaq üçün daha yaxşı bir yer olması, sülh və harmoniya üçün çalışmağa çağırırıq”, - Peter Nqola qeyd edib. (APA)