20.10.2024, 01:33
AZ EN
02.08.2023, 16:45 292

Böyük qayıdışın özü Azərbaycanın brendidir

XƏBƏRLƏR
  • Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”na 2023-2024-cü tədris ilinə dair sənəd qəbulu üzrə ilkin nəticələr müəyyən olunub. Müsabiqənin ilkin nəticələrinə əsasən, ümumilikdə 134 namizəd müvafiq seçim qaydalarına dair meyarlara uyğun olaraq Dövlət Proqramına qəbul olub və proqram iştirakçısı adını qazanıb.

İlkin siyahı üzrə qəbul olunan 134 nəfər gənclər arasında Vətən müharibəsinin qazisi Cavid Əliyev də var. O, ABŞ-nin Minnesota Universitetinin təchizat zəncirinin idarəolunması (Supply Chain Management) ixtisasına magistratura səviyyəsinə qəbul olunub. Cavid Əliyev həm də 2007-2015-ci illər Dövlət Proqramı çərçivəsində Koreyanın KAİST universitetində elektrik mühəndisliyi (Electrical Engineering) və texnologiya menecmenti (Technology Management) ixtisasları üzrə iki magistratura bitirib. Tələbə qazimiz bu günlərdə Təhsil TV-nin “Təməl” proqramında qonaq olan gənclərdən biri kimi öz uğur hekayəsini tamaşaçılarla paylaşıb.

Cəsarət Valehovun moderatorluğu ilə keçən görüşdə Azərbaycanın illərlə arzuladığı və nəhayət nail olduğu Böyük Qayıdışdan da söhbət açılaraq gənclərin bu istiqamətdə ölkəmizə gələcəkdə hansı töhfələri verəcəklərindən danışılıb.  

Gənclər qeyd ediblər ki, Azərbaycan bu gün Şanlı Zəfəri ilə birgə həm də yeni dövrünü yaşayır. Bu yeni dövrə isə intellektual gəncliyin xüsusi töhfələri olacaqdır.

Tələbə, qazi Cavid Əliyev bildirib ki, Böyük Qayıdışın özü Azərbaycanın brendidir. Hazırda inkişaf etmiş ölkələrdə Azərbaycanın Şanlı Qələbəsi araşdırılır: “Qayıdış böyük zəhmət, əzm və beyin məhsulları deməkdir. Bizim marketoloq və kommunikasiya üzrə dünyaya çıxacaq mütəxəssislərə ehtiyacımız var ki, bunlar Azərbaycan brendini yarada bilsinlər”.

Mina RƏŞİD

Oxşar xəbərlər