16.12.2024, 00:55
AZ EN
01.08.2023, 12:43 309

Gəncədə Xocalı sakinlərinin səyyar qəbulu keçirilib

XƏBƏRLƏR
  • Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov Gəncə şəhəri, Yeni qəsəbə -2 ünvanında müvəqqəti olaraq məskunlaşmış Xocalı rayon sakinlərinin səyyar-görüş qəbulunu keçirib.

Qəbulda rayonun idarə, müəssisə və təşkilat nümayəndələri, həmçinin Xocalı rayon sakinləri iştirak edib.

RİH-nin başçısı Şahmar Usubov səyyar görüşdə sakinlərə ilk öncə Prezident cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasət, eləcə də əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş dövlət qərarları haqqında ətraflı məlumat verib.

Daha sonra qəbulda iştirak edən vətəndaşların müraciətləri dinlənilib, Sakinlər tərəfindən qaldırılan məsələlərin qeydiyyatı aparılaraq nəzarətə götürülüb.

Qeyd edək ki, səyyar görüş-qəbulda 45 nəfər Xocalı sakini iştirak edib.  

Mina RƏŞİD

Oxşar xəbərlər