20.10.2024, 03:46
AZ EN
28.07.2023, 09:20 239

Laçın sakini: “Evimizə, ocağımıza böyük sevinc və qürur hissi ilə dönürük”

XƏBƏRLƏR
  • "31 il sonra Laçına dönməyin sevincini duymaq üçün gərək elə laçınlı olasan. Çox böyük sevinc və qürur hissi ilə evimizə, ocağımıza dönürük".

Bu sözləri 31 il sonra doğma yurdu olan Laçına dönən sakinlərdən biri Pakizə İsmayılova bildirib.

O deyib ki, ötən 31 ili sadəcə torpaq həsrəti ilə yaşayıb: "Amma hər zaman ümidli olmuşuq, həmişə inanmışıq ki, yenidən öz evimizə, Laçınımıza qayıdacağıq. Laçında çox gözəl günlərimiz olub. Bu illər ərzində bütün sözümüz, söhbətimiz ancaq Laçın olub. Laçından danışmaqdan heç vaxt doymamışıq.

Laçının havası gözəldir, suları cana dərmandır, torpaqları münbitdir. Hətta mən deyərdim ki, nə istəsəniz, nə axtarsanız, hamısı Laçında var. Bu günə qədər mənfur düşmənlərimiz onlardan istifadə edirdi. Amma şükür edirik ki, torpaqlarımız yenidən əzəli, əbədi sahiblərindədir".

P.İsmayılova bildirib ki, uzun illərdir görmədiyi yerləri yenidən görəcəyi üçün çox xoşbəxt və həyəcanlıdır: "Laçında gedib görəcəyimiz, ziyarət edəcəyimiz yerlər çoxdur. Oranın hər qarışı doğmadır. Biz öz ocağımıza geri dönürük. Arzu edirəm ki, bir qarış belə olsa torpağımız erməniyə qalmasın. O torpaqlarda bir daha güllə səsi eşidilməsin.

Bu günü yaşamaq çox sevinclidir. Bu sevinci bizə yaşadan Ali Baş Komandan, Prezident İlham Əliyevə, Ordumuza, igid əsgərlərimizə təşəkkür edirik. Qazilərimizə cansağlığı diləyirik. Qoy sülh içində yaşadığımız, torpaqlarımıza qovuşduğumuz bu günlər əbədi olsun". (Report)

Oxşar xəbərlər