Bunu bu gün Laçına qayıdan Əliyarov Şaiq Kamran oğlu deyib.
"İndi Allaha şükür, illərdir gözlədiyimiz gün yetişdi. Allah Prezidentimizə kömək olsun, Allah şəhidlərimizə rəhmət eləsin. Fəxr edirəm ki, öz evimə qayıdıram. Mən bu gün öz yerimə-yurduma qayıdıram", - deyə 67 yaşlı Laçın sakini bildirib.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. İyulun 25-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 19 ailə - 89 nəfər köçürülüb.
Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bununla da Laçın şəhərində 152 ailə, yəni 591 nəfərin daimi məskunlaşması təmin edilib. (Trend)