Ağdam Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə-müəssisələrin rəhbərlərinin, şəhid ailələrinin, qazilərin, veteranların, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonra kitabda bəhs olunan döyüşçülər haqda hazırlanmış videoçarx nümayiş etdirilib.
Mərasimdə çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və başqaları 44 günlük müharibə kimi tarixə düşən İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlığından, düşmən üzərində qazanılan Qələbənin tarixi əhəmiyyətindən, xalqımızın Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməsindən, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında bu kimi nəşrlərin müstəsna rol oynamasından söz açıblar.
Tədbirdə çıxış edən kitabın müəllifi İlqar Boranoğlu təqdimat mərasiminin iştirakçılarına minnətdarlığını bildirib.
Sonda şəhid ailələrinə “Vətən müharibəsinin Ağdam şəhidləri” kitabı hədiyyə edilib. (AZƏRTAC)