09.06.2025, 15:39
AZ EN
25.04.2024, 10:08 362

Cinayətkara yüksək cəza istənilir

XƏBƏRLƏR
  • "Hraparak" yazıb ki, Ukrayna hakimiyyəti törətdiyi çoxsaylı cinayətlərə görə Qarabağda saxlanılan və barəsində həbs qətimkan tədbiri seçilərək Bakıda istintaq təcridxanasında olan Ruben Vartanyanın Nobel sülh mükafatına namizəd göstərilməsi Ukraynanın rəsmi dairələrində və mediasında böyük etirazla qarşılanıb.

Əlavə olunub ki, artıq Ukrayna iqtidarı bununla bağlı müvafiq beynəlxalq təşkilatlara etiraz məktubları göndərərək Ruben Vartanyanın  həm də Ukraynaya qarşı çoxsaylı cinayətlər törətdiyini, tərkibində uşaqların, qocaların da olduğu xeyli ukraynalının öldürüldüyünü xatırladıb və qətiyyətlə tələb edib ki, onu mükafatlandırma yox, ən ağır cəzaya məhkum etmək ədalətli olar.

Agentlik Ukrayna KİV-lərinə istinadən onu da bildirib ki, Ruben Vartanyan hələ həbs edilməmişdən öncə Ukrayna dövlət təhlükəsizliyi xidməti tərəfindən beynəlxalq axtarışa verilib.

Ukrayna Ali Radası da beynəlxalq təşkilatlara müraciət edərək Ruben Vartanyanın namizədliyinin heç bir standarta uyğun gəlmədiyini, əksinə onun beynəlxalq terrorçu kimi cəzalandırılmasının vacibliyi bildirib.

Nəsib Qaramanlı

Oxşar xəbərlər