Bunu Özbəkistanın kənd təsərrüfatı naziri Əziz Voitov sosial şəbəkədəki səhifəsində Romada keçirilən Ümumdünya Ərzaq Təşkilatının (FAO) 43-cü iclasında iştirakından danışarkən yazıb.
“Roma səfəri çərçivəsində Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədovla görüş daxil olmaqla, ikitərəfli görüşlər başlayıb. Azərbaycanın aqro-subsidiyalar və kənd təsərrüfatının rəqəmsallaşdırılması sahəsində unikal nailiyyətləri var. Biz bunu öyrənə və bu təcrübəni Özbəkistanda tətbiq edə bilərik”, - nazir qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan tərəfi ilə iki ölkə arasında pambıqçılıq, ipəkçilik və baytarlıq sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. ("Report")