"Sumqayıtxəbər.kom" xəbər verir ki, Forum gənc müəllimlərin gələcək fəaliyyət istiqamətlərini, Böyük Qayıdış prosesində rollarını müəyyənləşdirmək, istedadlı gənc müəllimləri aşkara çıxarmaq və Şərqi Zəngəzur regionundan olan müəllimlərin əməkdaşlıq şəbəkəsini genişləndirmək məqsədilə təşkil olunub.
Bildirilib ki, 300-dən çox gənc müəllimin iştirakı ilə baş tutan forumda dövlət rəsmiləri, millət vəkilləri, tərəfdaş qurumların və elm ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Forumun rəsmi hissəsində Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, Azərbaycan Respublikasının Elm və Təhsil Nazriliyinin İnformasiya və vətəndaşlara xidmət şöbəsinin müdir müavini Səbuhi Rzayev, Azərbaycan Respublikasının Gənclər Fondunun Proqram və layihələrin idarə olunması şöbəsinin müdiri Faiq Məmmədov, “Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Nail Şükürov, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Rüfət Əsədzadə və Cəbrayıl rayon N. Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin gənc müəllimi Aysu Məmmədli çıxış ediblər.
Forumun ikinci hissəsi panel müzakirələrlə davam edib.
Panel müzakirə sual-cavab sessiyası ilə başa çatıb. Gənc müəllimlərin mövzu ilə bağlı təklifləri səsləndirilib və onları maraqlandıran suallar cavablandırılıb.
Sonda forum iştirakçılarının təəssüratları dinlənilib, onlarla xatirə şəkli çəkdirilib.
Hazırladı: Tahirə AĞAMİRZƏ