Baş əsgər Elməddin Vəkilov 1988-ci il avqustun 21-də Daşkəsən rayonunda anadan olub. Uzun illər MAXE əsgər kimi ordu sıralarında şərəfllə Vətənə xidmət edib.
Azərbaycan Ordusunun baş əsgəri Elməddin Vəkilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə mərdliklə vuruşub. E.Vəkilov döyüşlərdə şücaətlər göstərərək təkbaşına 10-dan çox düşməni məhv edib.
Elməddin Vəkilov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı itkin düşüb. Onun nəşi 2021-ci il mayın 7-də də tapılaraq ailəsinə təhvil verilib. Şəhidimiz mayın 8-də Daşkəsən şəhərində Şəhidlər xiyabanında böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərəncamlarına əsasən Elməddin Nizami oğlu Vəkilov ölümündən sonra "Vətən uğrunda", “Kəlbəcərin azad olunmasına görə” və “Şücaətə görə” medalları ilə təltif olunub.
Şəhidlər ölməz, Vətən bölünməz!
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, Şəhidim!
Mina RƏŞİD