İlqar Vüqar oğlu Avazov 26 aprel 1995-ci ildə Goranboy rayonunun Qazanbulaq kəndində anadan olmuşdur. Orta təhsilini Sumqayıt şəhər 39 saylı tam orta məktəbdə almışdır. O, Gəncə Dövlət Universitetində təhsilini davam etdirmişdir. Ali təhsilli İlqar həqiqi hərbi xidmətə çağırılmış, Quru Qoşunlarında xidmət etmişdir. Hərbi xidmətdən sonra həyatını hərb işinə bağlamışdır. Vətən müharibəsində baş leytenant kimi Tərtərin Suqovuşan və Talış istiqamətində döyüşlərdə iştirak etmişdir. Göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin sərəncamı ilə İ. Avazov "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif olunmuşdur. İlqar Avazov Azərbaycan Respublikası Müdafiə Nazirliyində işləyir və II qrup əlildir.
İsa Musayev