22.09.2024, 00:24
AZ EN
08.05.2024, 14:45 172

Qubadlı RİH-i başçısı Sumqayıtda növbəti səyyar qəbulunu keçirib

XƏBƏRLƏR
  • Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun növbəti səyyar qəbulu Sumqayıt şəhəri, 76-cı məhəllədə yerləşən rayonun Qurban Məmmədov adına Yuxarı Mollu kənd tam orta məktəbində keçirilib. Qəbulda Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, RİHB-nın inzibati ərazi darəsi üzrə nümayəndələri və həmin ərazidə məskunlaşan keçmiş məcburi köçkünlər iştirak edib.

Qəbul zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin bəziləri yerində həll olunub. Bəzi məsələlər üçün müvafiq izahatlar verilib. Digər müracət edənlər isə görülən işlərə görə minnətdarlıq bildiriblər. Onların arzu və təklifləri həssaslıqla dinlənilib, qaldırdıqları məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib.

Qəbuldan razı qaldıqlarını bildirən sakinlər, məcburi köçkün həyatı yaşadıqları dövrdə problemlərinin həllində köməklik göstərən, onlara yaxından dəstək olan Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlıqlarını bildiriblər.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər