Alsu Sultanova Universitetin yataqxanasında qalacağına görə çox həyacanlıdır. Eyni zamanda əmindir ki, tələbələr üçün orada bütün şəraitlər qurulub və orda bütün dostları ilə birgə gözəl vaxt keçirəcək. O, bu universiteti seçən digər tələbələr kimi Qarabağ Universitetinin onlar üçün böyük şanslar yaradacağına əminliyini ifadə edir və bu şanslardan yararlanmağı səbirsizliklə gözləyir. Qarabağ Universitetinin tələbələrindən olduğuna görə özünü çox şanslı hiss edən Alsu Qarabağı birlikdə quracaqları üçün sevinc və qürur hissi keçirir.
Tahirə AĞAMİRZƏ