Mərasimdə Argentinanın Azərbaycandakı səfiri Marianxeles Belluşi çıxış edib.
Argentinalı diplomat Milli Günün onun ölkəsi üçün önəmini vurğulayıb.
O çıxışında Azərbaycan və Argentina arasında toxunaraq deyib ki, bu münasibətlər illər ərzində inkişaf edib və bu il iki ölkə bu münasibətlərin 30-cu il dönümünü qeyd edir.
Diplomat əlavə edib ki, onun ölkəsi Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlıq etməyə, mövcud əməkdaşlığı genişləndirməyə hazırdır.
Xanım Belluşi çıxışında Azərbaycanın coğrafi mövqeyinin vacibliyinə də diqqət çəkib.
Tədbirdə çıxış edən Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov bildirib ki, builki ölkə arasında diplomatik münasibətlərin 30-cu il dönümü qeyd olunur.
"Azərbaycanın Cənubi Amerikada ilk səfirliyi 2010-cu ildə Argentinada təsis olunub.
Ölkələrimiz arasında yüksək səviyyəli rəsmi səfərlər olub, görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. İnanırıq ki, belə səfərlər qarşılıqlı faydalı əməkdaşlığın inkişafına töhfə verəcək. Kənd təsərrüfatı, yüksək texnologiyalar, bərpa olunan enerji sahəsində əməkdaşlıq istiqamətində böyük potensial var. Argentina şirkətləri işğaldan azad olunmuş ərazilərimizdə yenidənqurma və bərpa işlərinə dəvət olunub".
Nazir müavini deyib ki, beynəlxalq platformada Azərbaycan və Argentina uğurlu əməkdaşlıq edir, Argentina Azərbaycanın təşəbbüslərinə dəstək verib, dəstəyini əsirgəməyib.
Elnur Məmmədov Azərbaycanın pandemiya ilə mübarizə çərçivəsində Argentinaya maliyyə yardımını qeyd edib.
"Qarşıdakı illərdə ölkələrimiz arasında əlaqələrimizin genişlənəcəyinə, şaxələnəcəyinə ümid edirəm". ("APA")