09.06.2025, 06:50
AZ EN
20.06.2023, 11:37 475

Beyləqanda Füzuli sakinləri ilə səyyar qəbul keçirilib

XƏBƏRLƏR
  • Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Beyləqan rayonunda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərlə səyyar qəbul keçirib. Səyyar qəbulda Füzuli RİH-in məsul əməkdaşları da iştirak ediblər.

RİH-in başçısı Alı Alıyev çıxışında bildirib ki, Prezident cənab İlham Əliyevin tapşırığına əsasən Füzuli rayonunun da bütün yaşayış məntəqələrində, eləcə də respublikanın digər şəhər və rayonlarında müvəqqəti məskunlaşan rayon sakinləri ilə mütamadi səyyar görüşlər keçirilir.

Qəbulda Füzuli rayonunun müxtəlif yaşayış məntəqələrində qeydiyyatda olan vətəndaşların müraciətləri dinlənilib. İcra başçısı vətəndaşların problemlərinin həlli  ilə bağlı  lazımi tədbirlərin görülməsi üçün müvafiq tapşırıqlar verib.

Hazırladı: Mina RƏŞİD  

Oxşar xəbərlər