17.05.2024, 23:28
AZ EN
13.06.2023, 22:45 196

Qəhrəman gizir

XƏBƏRLƏR

Öz həyatını hərb sənətinə bağlayan qəhrəman Vətən övladlarından biri də gizir Şirin Əhməd oğlu Alıyevdır. Şirin 5 iyul 1985-ci ildə Göyçə mahalında doğulmuşdur. Lakin azərbaycanlıların doğma yurdlarından deportasiya olunması ilə əlaqədar Şamaxı rayonu, Kərkənc kənd tam orta məktəbində təhsil almışdır. Orta təhsilini başa vurduqdan sonra o, Ali təhsil almışdır. Sonra həqiqi hərbi xidmətə çağırılmış Quru Qoşunlarında xidmət etmişdir. Xidmətdən sonra gizir kimi həyatını hərbə bağlamışdır. Vətən müharibəsi başlayanda Şirin Füzuli, Cəbrayıl, Zəngilan, Laçın, Xocavənd uğrunda döyüşlərdə əsl qəhrəmanlıq göstərmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ona "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə", "Vətən uğrunda", "Laçının azad olunmasına görə", Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi yubiley medalı, I dərəcəli "Qüsursuz xidmətə görə", II dərəcəli "Qüsursuz xidmətə görə", III dərəcəli "Qüsursuz xidmətə görə", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi", "Vətən müharibəsi iştirakçısı" medalları verilmişdir. Qəhrəman qazimiz II dərəcəli əlildir.

İsa Musayev

Oxşar xəbərlər