Şəhid Vüqar Həsənovun qalıqları doğulduğu Sabirabad rayonunda, Muğangəncəli kənd qəbristanlığında torpağa tapşırılıb.
Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov tabuta bükülmüş Azərbaycan bayrağını şəhidin atasına təqdim edib.
Qeyd edək ki, Vüqar Həsənov 1973-cü il aprelin 21-də Sabirabad rayonunun Muğangəncəli kəndində anadan olub. Əvvəlcə Qazaxıstanda həqiqi hərbi xidmətdə olub. Sonra Vətənə dönərək könüllü cəbhəyə yollanıb. Laçının Hoçaz yüksəkliyi uğrunda döyüşlərdə iştirka edib.
Fizuli rayonunun Üçtəpə yüksəkliyində gedən döyüşdə şəhid olub.
Şəhid Vüqar Həsənovun nəşinin qalıqları bir qədər əvvəl Xocavənd rayonunun Edilli kəndində tapılan kütləvi məzarlıqda aşkarlanıb. (APA)