22.11.2024, 07:54
AZ EN
27.03.2024, 07:14 307

Füzuliyə qayıdan sakin: Çətin günlər geridə qaldı

XƏBƏRLƏR
  • “Mən rayonu tərk edəndə 38 yaşım var idi, indi 71 yaşında torpağıma qayıdıram. Allaha şükürlər olsun ki, çətin günlər geridə qaldı”.

Bunu doğma yurdu Füzuliyə qayıdan keçmiş məcburi köçkün Hüseynova Mahmur söyləyib.

Azərbaycan Ordusunun tarixi qələbəsi hər zaman yaddaşlarda qalacaq, gələcək nəsillər tərəfindən fəxarətlə xatırlanacaq deyən sakin belə bir şəraiti yaradan dövlət başçısı İlham Əliyevə öz təşəkkürünü çatdırıb, Vətən uğurunda sağlamlıqlarını itirən qazilərimizə cansağlığı, şəhidlərimizə rəhmət, yaxınlarına isə səbir diləyib.

“Bu gün bizim üçün çox gözəl və özəldir. Çünki doğma yurdumuza qayıdırıq. Orada yaşamağımız üçün gözəl şərait yaradılıb, evlər tikilib”. (Report)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR