21.05.2024, 06:53
AZ EN
10.06.2023, 17:56 152

Salyanın igid qazisi

XƏBƏRLƏR

Şamxal Elşən oğlu Cavadov 13 fevral 1994-cü ildə Salyan rayonunun Qarabağlı kəndində anadan olmuşdur. Elə öz doğma kəndində də orta təhsil almışdır. Təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətə çağırılmış, Quru Qoşunlarında xidmət etmişdir. Vətən müharibəsində Şamxal bir igid əsgər kimi Füzuli, Cəbrayıl, Şuşa uğrunda gedən döyüşlərdə igidlik göstərmişdir. Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin sərəncamı ilə o, "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Cəsur döyüşçü", "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunmuşdur. Qazimiz III dərəcəli əlildir.

İsa Musayev

Oxşar xəbərlər