22.11.2024, 15:33
AZ EN
01.06.2023, 17:58 243

Amil Məmibəyli: “Nağıl kimi təsəvvürümdə olan Laçını elə sirli-sehirli nağıl kimi də gördüm”

XƏBƏRLƏR
  • “Babamın əkdiyi tut ağacı...Yaxşı ki, qurumağın son həddində yenidən tumurcuqlayıb”. Bunu Amil Məmibəyli “AZƏRTAC”ın hazırladığı video-materialda deyib.

Amil deyir ki, Laçın işğal olunanda mənim üç yaşım olub..  Evdə həmişə danışırdılar ki, uzun pilləkənli iki mərtəbəli evimiz olub Laçında.

Üç yaşında Laçından çıxan Amil  Məmibəyli 31 ildən sonra doğma torpağa qayıdıb. O, kol-kos basmış həyətlərini dolaşa-dolaşa bildirir ki, bura bizim həyətdir,  həyətimizdə yasəmən ağacı olub. Valideynlərim həmişə yasəmən ağacı haqqında danışanda deyirdilər ki, yasəmənin ətri evimizin içinə qədər gəlirmiş.

Göründüyü kimi, evimiz çay daşlarından tikilib. Hoçaz kəndindən olan babam ordan gətirdiyi mərmər daşlardan bu evin tikintisində istifadə edib. Yaxşı ki, ermənilər bu mərmər daşları saxlayıblar. Emin daha sonra  mətbəxə keçib həyətə açılan pəncərədən  ətrafı nəzərdən keçirir və deyir ki, ilk dəfə bura gələndə, deyərdim ki, o xəyallarımızla indiki gerçəklik üst-üstə düşür və əllərini uzadıb uzağı göstərərək deyir ki, ora Laçın şəhərinin ümumi mənzərəsidir. Laçın şəhərinin əsas prospektlərindən biri, Azərbaycan prospektidir ki, bütün infrastruktur orda yerləşir, ağacların, meşələrin, dağların fonunda. Yəni panoramı çox möhtəşəmdi.

O, daha sonra qeyd edir ki, 2015-ci ildə bir erməni əsgər həmin bu Azərbaycan prospekti tərəfdən hərbi formada bir şəkil çəkdirib sosial şəbəkələrdə paylaşıbmış və fonda bizim ev düşmüşdü, həm əmimin evi, həm də bizim ev. Həmin fotonu da atamın dostlarından biri görmüşdü və həmin şəkli atama göndərmişdi.

2020-ci ildə 44 günlük müharibə gedən vaxtlarda mən həmin şəkli sosial şəbəkələrdə paylaşdım  və rus dilində də ermənilərə müraciət formasında bir yazı yazmışdım ki, bura bizim  evimizdi, siz gəlib buranı işğal eləmisiniz, nəyə görə biz öz evimizə qayıtmamalıyıq və inşallah. Tezliklə  biz doğma torpağımıza, öz evimizə qayıdacağıq. Şükürlər olsun ki, 44 günlük müharibə qələbəmizlə sonunclandı və sonra mən öz evimizin rəsmini, indiki vəziyyətində çəkib həmin paylaşımın rəy bölümünə göndərmişdim. O proses  üç il çəksə də dediklərim reallığa çevrildi. Nağıl kimi təsəvvürümdə olan Laçını demək olar ki, elə sirli-sehirli nağıl kimi də gördüm. Düzdür, indi tikinti, bərpa işləri də çox sürətlə gedir, bundan əvvəl tanınmaz halda idi, ermənilər evləri dağıdıb uçurmuşdular. İndi müasir və yeni evlərin tikilməsi də Laçının gözəlliyinə xüsusi bir gözəllik qatır.

“İndi evimizdən baxanda hətta Sarıbaba dağı da görsənir, başı qarlı sarıbaba dağı... İnanılmaz bir məkana çevrilib Laçın bu gün. Həmçinin evimizin özü də təmir olunub. Deyərdim ki, 90 faiz həminki görkəmini alıb. Artıq fikrim var ki, bütün başqa işimi-gücümü atıb, gəlim öz evimdə yaşayım, burda ailə qurum, sənətimi də burda davam edim”,- deyə gənc rejissor bildirib.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər