22.09.2024, 00:25
AZ EN
30.11.2023, 15:52 291

Şuşa MKS-in filialında “Ermənilər və həqiqətlər” adlı tədbir keçirilib

XƏBƏRLƏR

Qarabağ Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Şuşa rayon MKS-nin Malıbəyli kənd kitabxana filialında Qərbi Azərbaycan mövzusunda "Ermənilər və həqiqətlər " adlı dəyirmi masa keçirilib. Söhbəti giriş sözü ilə kitabxananın müdiri Mehparə Quliyeva açaraq bildirib ki, son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırım siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır.

Qərbi Azərbaycandan didərgin düşmüş, kitabxananın əməkdaşı Aygül Murtuzayeva oxuculara yaşadıqları, öz gözləri ilə gördüyü müsibətlərdən danışıb. O, azərbaycanlıların öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmasından, xaqlımıza məxsus tarixi-mədəni abidə və yaşayış məskənlərinin necə dağıdılıb viran olması haqqında məlumat verib.

Söhbətin sonunda oxucular "Qərbi Azərbaycan" adlı sərgiylə tanış olublar.

Mina RƏŞİD

Oxşar xəbərlər