21.09.2024, 23:55
AZ EN
27.12.2023, 16:42 235

Xocalıda 15 binanın yenidən qurulması "Hünər İnşaat"a tapşırıldı

XƏBƏRLƏR

Xocalı şəhərində aparılacaq bərpası və yenidənqurma tədbirləri çərçivəsində 15 ədəd çoxmənzilli binaların təmiri "Hünər İnşaat" Firmasına həvalə olunub.

"Vətən səsi" xəbər verir ki, Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti “Xocalı şəhərində 3,34 hektar ərazidə yerləşən 15 ədəd çoxmənzilli yaşayış binasının əsaslı təmiri və ərazinin abadlaşdırılması işləri” tenderinin nəticələrini elan edib. Bir müddət əvvəl keçirilmiş tenderin qalibi  "Hünər İnşaat" Firması olub. Tenderin yekunlarına əsasən, "MİDA" MMC həmin firma ilə 8 milyon 501 min 306 manat məbləğində müqavilə imzalanıb.

Qeyd edək ki, "Hünər İnşaat" Firması 1997-ci ildə yaradılıb.

Elxan SALAHOV

Oxşar xəbərlər