20.04.2024, 01:10
AZ EN
01.06.2023, 14:52 251

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Şəhid övladları ilə görüşüb, onları təbrik edib

XƏBƏRLƏR
  • “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü”də Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Vətən müharibəsi şəhidlərinin  övladlarını qəbul edib, onları bayram münasibəti ilə təbrik edib.

Əlamətdar gündən bəhs edən rayon rəhbəri qeyd edib ki, ölkəmizdə uşaqlara dövlət qayğısı əsas prioritet məsələlərdəndir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Azərbaycanda uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-ci il tarixli sərəncam imzalayıb. Sərəncama görə 2009-cu il "Uşaq ili" elan olunub. Azərbaycanda uşaqların problemlərinin həlli istiqamətində müxtəlif layihələr həyata keçirilir.

Eyni zamanda şəhid övladlarına dövlətimizin başçısı tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Şəhid ailələri, onların övladları hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Daha sonra rayon rəhbəri uşaqlarla səmimi söhbət əsnasında onların atalarının göstərdiyi misilsiz qəhrəmanlıqlardan, qazanılan şanlı Zəfərdən söz açıb və vurğulayıb ki, nə qədər Azərbaycan var, onların ataları hər zaman xalqımız tərəfindən xatırlanacaq və heç vaxt unudulmayacaqlar. Şəhid övladları onların bizlərə ən dəyərli əmanətidir və bizlər də bu əmanətə ən yüksək səviyyədə sahib çıxmağa borcluyuq.

Şəhid övladlarını təbrik edən RİH başçısı Azər Qocayev onların simasında bütün uşaqlara xoşbəxt, firavan gələcək arzulayıb.

Sonda şəhid övladları Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev tərəfindən diplomla təltif edilib və onlara maddi yardım edilib.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər