01.06.2025, 16:18
AZ EN
27.05.2023, 15:03 229

Qəhrəman qazi

XƏBƏRLƏR

Nəriman Qubadlı rayonunun Çərəli kəndindəndir. O, 4 iyun 1989-cu ildə Sumqayıt şəhərində anadan olmuşdur. Orta təhsilini də elə Qubadlı rayonu, Çərəli kənd tam orta məktəbində bitirmişdir. Həqiqi hərbi xidmətə çağırılmış Quru Qoşunlarında xidmət etmişdir. Hərbi xidmətdən sonra müxtəlif yerlərdə işləyən Nəriman 44 günlük Vətən müharibəsində Füzuli, Xocavənd, Şuşa istiqamətində döyüşmüşdür. 8 noyabr 2020-ci ildə Şuşada yaralanan qazimizə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilmişdir. Ailəlidir, birinci dərəcəli əlildir.

İsa Musayev

Oxşar xəbərlər