25.04.2025, 08:52
AZ EN
13.05.2023, 15:10 255

Şuşa Otel-Konqres Mərkəzi Kompleksinin kitabxanasında minə yaxın kitab mövcuddur

XƏBƏRLƏR
  • Şuşa mədəniyyəti ilə yanaşı, həm də təbiəti ilə məşhurdur. Buranın böyük turizm potensialı var. Prezident İlham Əliyevin göstərişi ilə Şuşada digər sahələrlə bərabər, həm də turizm sahəsi sürətlə inkişaf edir, infrastruktur yaradılır. Təməli 2021-ci il avqustun 29-da Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulan “Şuşa” otel kompleksi şəhərin girişində yerləşir.

Bunu Şuşada “Şuşa” otelinin baş meneceri Babək Həsənov deyib.

O bildirib ki, təməli 2021-ci il avqustun 29-da Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulan Şuşa Otel-Konqres Mərkəzi Kompleksi şəhərin mərkəzində - Zəfər yolunun üzərində yerləşir. 2022-ci ildə - “Şuşa İli”ndə Karvansaray konsepti əsasında layihənin inşasına başlanılıb. Tikinti işlərinə yerli və xarici şirkətlər cəlb edilib. Bina həm klassik, həm də postmodern memarlıq üslubunda layihələndirilib və mürəkkəb konstruktiv quruluşa malikdir.

Beşulduzlu kompleks müasir və milli memarlıq üslublarının sintezi ilə dizayn olunan binanın daxili dizaynı Azərbaycanın iqliminin, mədəniyyətinin, tarixinin müxtəlifliyini və zənginliyi əks etdirir. Şuşa Otel-Konqres Mərkəzi Kompleksinin xarici görünüşündə ornamental kompozisiyalar və milli memarlıq elementləri tətbiq olunub. Həmçinin fasadın üzlənməsində Şuşanın tarixi binalarının tikintisində işlənilən yerli daşdan istifadə edilib. Mərkəzin eyvanları, şimal və cənub fasadları ənənəvi memarlıq quruluşunda, Şuşanın tarixi binalarının - XIX əsrə aid Zöhrabbəyovun evi, Üzeyir Hacıbəylinin ev-muzeyinin tikintisində istifadə olunmuş taxta tərkibli materiallardan hazırlanıb.

Babək Həsənov qeyd edib ki, Şuşa Otel-Konqres Mərkəzi Kompleksinin kitabxanasında minə yaxın kitab mövcuddur. (AZƏRTAC)

Oxşar xəbərlər