11.03.2025, 09:05
AZ EN
12.05.2023, 23:01 295

XTQ qazisi

XƏBƏRLƏR

Araz Xəlil oğlu Səmədov 9 yanvar 1988-ci ildə Cəbrayılda anadan olmuşdur. Rayonun işğalı ilə əlaqədar Bakı şəhəri, Binəqədi rayonunda məskunlaşmışlar. Buna görə də Araz Binəqədi rayon, 244 saylı tam orta məktəbdə orta təhsil almışdır. Orta təhsildən sonra həqiqi hərbi xidmətə çağırılmış, xüsusi təlim keçərək Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmişdir. 44 günlük Vətən müharibəsində Araz Füzuli, Cəbrayıl, Laçın, Şuşa uğrunda döyüşlərdə şücaət göstərmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə A.Səmədov "Şuşanın azad olunmasına görə", "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif edilmişdir. Ailəlidir, üçüncü dərəcəli əlildir.

İsa Musayev

Oxşar xəbərlər