20.10.2024, 13:26
AZ EN
09.05.2023, 18:05 257

Məğrur döyüşçü

XƏBƏRLƏR

Elvin Arazxan oğlu Soltanlı 8 iyul 1994-cü ildə Ağdam rayonunun Böyükbəyli kəndində anadan olmuşdur. Elə öz kəndində B.Musayeva adına tam orta məktəbdə təhsil almışdır. Orta təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətə çağırılmış, Quru Qoşunlarında xidmət etmişdir. İkinci Qarabağ müharibəsində kiçik çavuş kimi Tərtər, Suqovuşan və Ağdam istiqamətində şücaətlə döyüşüb düşmənə ciddi zərbə endirmişdir. 4 oktyabr 2020-ci ildə Suqovuşan uğrunda gedən savaşda yaralanmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Elvin Soltanlı "Ağdamın azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif olunmuşdur. Qazimiz üçüncü dərəcəli əlildir.

İsa Musayev

Oxşar xəbərlər