07.02.2026, 18:19
AZ EN
07.02.2026, 13:32 106

Aİ-nin Azərbaycandakı səfiri: "Münasibətlərimizin indiki vəziyyətindən məmnunuq"

XƏBƏRLƏR
  • "Münasibətlərimizin indiki vəziyyətindən məmnunuq".

Bu sözləri açıqlamasında Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyundziç deyib.

“Təbii ki, hər zaman daha yaxşısına can atmaq olar, amma ümumilikdə əməkdaşlığımız uğurla inkişaf edir və biz Azərbaycanla işləməyə hazırıq", - səfir bildirib.

Onun sözlərinə görə, 2026-cı ildə əsas əməkdaşlıq istiqamətləri sırasında ənənəvi mədəni və maarifləndirici tədbirlərlə yanaşı, bağlantı imkanı – əlaqəlilik xüsusi yer tutur:

"Əlaqəlilik enerji, rəqəmsal sahə, dəmir yolları, avtomobil yolları və digər istiqamətləri əhatə edir. Dediklərim bu gün və gələcək üçün çox vacib anlayışdır”.

Səfir həmçinin Aİ-nin Azərbaycanda həyata keçirdiyi “Avropada Təhsil”, “Avropa Təamları”, “Avropa Şəhərciyi” kimi tədbirlərin planlaşdırıldığını, növbəti mühüm tədbirin isə fevralın 13-də Naxçıvanda “Merlərin Razılaşması” (Covenant of Mayors) regional proqramı çərçivəsində keçiriləcəyini bildirib. (APA)

Oxşar xəbərlər