Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavinləri, “Xudafərin” futbol komandasının baş məşqçisi və üzvləri, gənclər iştirak ediblər.
Tədbirin keçirilməsində məqsəd şəhidlərin xatirəsini yad etmək, gənclərə vətənpərvərlik ruhu aşılamaq və rayonda futbol idman növünü inkişaf etdirməkdən ibarətdir.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə respublikamızın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər şəhidlik zirvəsinin müqəddəsliyindən, keçirilən belə tədbirlərin mühüm əhəmiyyətindən danışaraq, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun düşmən üzərində qazandığı şanlı Qələbədən, xalqımızın birliyindən, Vətən oğullarının misilsiz qəhrəmanlıqlarından söz açıblar. Adları tarixə əbədi yazılan şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyini, onların gələcək nəsillərə örnək olduğunu vurğulayıblar.
Hazırladı: Mina RƏŞİD