15.12.2024, 16:50
AZ EN
26.05.2023, 16:07 185

Cəlil Xəlilov: Moskva görüşü Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyədə olduğunu göstərdi

XƏBƏRLƏR
  • Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə üçtərəfli Zirvə görüşü diplomatiyamızın növbəti uğurudur. Moskva görüşü Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyədə olduğunu göstərdi. Bu Azərbaycanın tədbirə qatılmasını şərtləndirən əsas səbəblərdən biridir.

Bunu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib.

Polkovnik qeyd edib ki, liderlərin Moskva görüşü hər şeydən əvvəl Azərbaycan-Rusiya münasibətlərinin nə qədər dərin, güclü və əhatəli olduğunu göstərdi: “Bu görüş sübut etdi ki, Azərbaycanla Rusiya arasında ciddi müttəfiqlik münasibətləri mövcuddur və bu münasibətlər qarşılıqlı hörmətə, hüquq bərabərliyinə əsaslanır. Habelə, həm Prezident İlham Əliyevin, həm də Rusiya prezidentinin verdiyi açıqlamalar göstərdi ki, Azərbaycan-Rusiya münasibətləri yüksələn xətlə inkişaf etməkdədir. Ermənistanın Azərbaycan-Rusiya münasibətlərinə kölgə salmaq cəhdləri əbəsdir və bu cəhdlər heç vaxt nəticə verməyəcək”.

Respublika Veteranları Təşkilatının sədr müavini Moskva danışıqlarının Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsi prosesinə də müsbət təsir göstərdiyini vurğuladı: “Bu görüşdə Münhen və Brüsseldə əldə edilən razılaşmalar bir daha təsdiqləndi. Tərəflər bir daha sülhün müqaviləsinin imzalanmasında qərarlı olduqlarını nümayiş etdirdilər. Bu danışıqlar gələcək görüşlər və razılaşmalar üçün geniş perspektivlər açdı və yəqin ki, biz yaxın gələcəkdə bunun reallaşmasına şahid olacağıq”.

Digər tərəfdən N.Paşinyan Zəngəzur dəhlizi ilə bağlı məsələyə cavab verməyə çalışdı. Cavab çox uğursuz alındı. Dövlətimizin başçısı Paşinyanı yerində oturtdu.

Eyni zamanda, Ermənistanla Rusiya arasında artan gərginlik mövcuddur. V.Putin moderatorluq zamanı xüsusilə ərazi bütövlüyünün əsas, fundamental prinsip olması, digər məsələlərin isə ikinci dərəcəli olması ilə bağlı fikirlər səsləndirdi. (AZƏRTAC)

Oxşar xəbərlər