22.11.2024, 01:28
AZ EN
05.05.2023, 14:53 221

Xocalı sakinlərinin səyyar qəbulu keçirilib

XƏBƏRLƏR
  • Dünən Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov Qəbələ şəhərində müvəqqəti məskunlaşmış Xocalı sakinlərinin səyyar-görüş qəbulunu keçirib.

Görüşdə rayonun idarə, müəssisə və təşkilat nümayəndələri, həmçinin Xocalı rayon sakinləri iştirak ediblər.

İcra başçısı Şahmar Usubov görüşdə sakinlərə ilk öncə Prezident cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasət, eləcə də əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş dövlət qərarları haqqında ətraflı məlumat verib.

Daha sonra qəbulda iştirak edən vətəndaşların müraciətləri dinlənilib, onları narahat edən məsələlər icra başçısının nəzərinə çatdırılıb.

Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin qeydiyyatı aparılaraq nəzarətə götürülüb.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR