Xəstəxananın Endokrinologiya şöbəsinin müdiri Aynur Hümbətova xəstəni müayinə edərək ona şəkərli diabetin 2-ci tip ağır forması, ürəyin xroniki işemik xəstəliyi, stend implantasiyasından sonrakı vəziyyət, durğunluq ağciyəri, diabetik nefropatiya, xroniki böyrək çatışmazlığı diaqnozlarını qoyub.
On iki gün ərzində endokrinologiya şöbəsində aparılan konservativ müalicə üsulu ilə xəstənin səhhətində müsbətə doğru dəyişikliklər qeydə alınıb. Şəhid anası ona göstərilən diqqət və qayğıya görə Respublika Kliniki Xəstəxanasının rəhbərliyinə, xəstəxananın endokrinologiya şöbəsinin müdiri Aynur Hümbətovaya və həmin şöbənin əməkdaşlarına minnətdarlığını bildirib.
Qeyd edək ki, Elmira İbadovanın oğlu Sarvan İbadov 1993-cü ildə Ağdam uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.("AZERTAC")