08.09.2024, 07:55
AZ EN
20.04.2023, 18:22 192

Kəlbəcər RİH-nin başçısı İsmayıllı şəhərində müvəqqəti məskunlaşmış Kəlbəcər rayon sakinlərinin qəbulunu keçirib

XƏBƏRLƏR
  • Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev İsmayıllı şəhəri, İsmayıllı rayon Uşaq və Gənclər Kitabxanasının akt zalında həmin ərazidə müvəqqəti məskunlaşmış Kəlbəcər rayon sakinlərinin qəbulunu keçirmişdir.

Qəbulda iştirak edən rayon sakinləri ümumi problemlərini, həmçinin vətəndaşlar onları narahat edən şəxsi məsələləri RİH başçısının nəzərinə çatdırmışlar.

Vətəndaşların səsləndirdiyi müraciətlərin qeydiyyatı aparılaraq nəzarətə götürülmüş, RİH-in səlahiyyətləri daxilində olan məsələlərin həll ediləcəyi, digər müraciətlərin həlli istiqamətində isə müvafiq dövlət qurumları qarşısında məsələ qaldırılacağı bildirilmişdir.

Səyyar qəbulda həmçinin RİH-in məsul əməkdaşları, RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri də iştirak etmişdir.

Hazırladı: Sevda Süleymanova

Oxşar xəbərlər