08.09.2024, 07:05
AZ EN
19.04.2023, 17:36 203

Vətənin igidləri

XƏBƏRLƏR

İstər birinci Qarabağ, istərsə də ikinci Qarabağ savaşında milliyətindən, dilindən, dinindən asılı olmayaraq, bütün Azərbaycan xalqı düşmənə və onun havadarlarına qarşı mərdliklə vuruşub, sonunda qalib gəldi. Bu qələbədə payı olan oğullardan biri də Sənan Şahin oğlu Əliyevdir. O, 12 fevral 1996-cı ildə Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olmuşdur. Orta təhsilini də kənddəki Allahyar Əliyev adına tam orta məktəbdə almışdır. Sonra həqiqi hərbi xidmətə çağırılan Sənan Quru Qoşunlarında xidmət yolu keçmişdir. Xidməti başa vuran S.Əliyev MAHHXHQ kimi xidmətini davam etdirmişdir. Vətən müharibəsində Füzuli, Xocavənd istiqamətində döyüşlərdə iştirak etmişdir. Xocavənd rayonunun Tuğ kəndində yaralanmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Sənan "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Cəsur döyüşçü" medallarına layiq görülmüşdür. Ailəlidir, üçüncü dərəcəli əlildir.

İsa Musayev

Oxşar xəbərlər