01.08.2025, 15:56
AZ EN
31.05.2024, 07:45 425

Laçına köçən sakin: Bu gün artıq uzun illərin məşəqqəti sona çatır

XƏBƏRLƏR
  • “Bu gün artıq uzun illərin məşəqqəti sona çatır, çünki öz evimizə, öz obamıza qayıdırıq. Bu cür sevincli günlər bütün məcburi köçkünlərə də qismət olsun”.

Bu sözləri Laçına köçən keçmiş məcburi köçkün Reyhan Heydərova söyləyib.

Laçından 35 yaşında çıxmağa məcbur olduğunu bildirən keçmiş məcburi köçkün sevincinin həddi-hüdudu olmadığını deyib.

O, dövlətimizin başçısına, Azərbaycan Silahlı Qüvvələrinə öz təşəkkürünü bildirib. (AZƏRTAC)

Oxşar xəbərlər