19.06.2025, 06:40
AZ EN
26.04.2022, 18:00 447

Cəbrayılda “KamAZ” servis mərkəzi istifadəyə veriləcək

XƏBƏRLƏR
  • Bu ilin ikinci rübündə Cəbrayıl rayonunda “KamAZ” servis mərkəzi istifadəyə veriləcək.

Bunu Azərbaycan-Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası dövlət komissiyasının 20-ci iclasında çıxış edərkən Rusiya Federasiyası Hökumətinin sədr müavini Aleksey Overçuk deyib.

Onun sözlərinə görə, servis mərkəzi yük avtomobillərinə və kənd təsərrüfatı texnikalarına texniki xidmət göstərəcək.

"Layihənin bünövrəsi 2021-ci il oktyabrın 4-də Cəbrayıl rayonunda qoyulub. Bu layihə Gəncə Avtomobil Zavodu ilə birgə həyata keçirilir. Mərkəzin planlaşdırılan istismara verilmə tarixi 2022-ci ilin ikinci rübüdür",- deyə Aleksey Overçuk qeyd edib. (APA)

Oxşar xəbərlər