Bu barədə “PAŞA Bank” ASC-in komplayns və idarəetmə üzrə baş direktoru Anar Kərimov 2024-cü ilin ilk 6 ayı ərzindəki fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
"Şuşa şəhərindəki filialdan sonra Ağdamda nümayəndəliyin açılması planlaşdırılır. Hazırda orada bir binamız var. Gələn il açılacağı təxmin edilir", - o deyib.
Qeyd edək ki, “PAŞA Bank” bu ilin noyabr ayında Şuşada filial açacaq, 2025-ci ildə isə Lənkəranda filial açmağı planlaşdırır. (Trend)