"Dəyişikliklər bu sahədə fəaliyyət göstərən şirkətlərə, bu şirkətlərdə çalışan şəxslərə vergi güzəştlərini və işçilərə məcburi sosial dövlət sığorta ödənişləri ilə bağlı güzəştləri nəzərdə tutur. Həmçinin əcnəbi mütəxəssislərin ölkə ərazisində əmək fəaliyyəti ilə məşğul olmaları üçün işəgötürənlər tərəfindən iş icazəsinin alınması tələb olunmayacaq", -deyə o əlavə edib. ("Report")