20.04.2024, 16:21
AZ EN
15.04.2022, 16:03 527

Deputat: Qarabağda qurulan yeni iqtisadi model müasir standartlara uyğundur

XƏBƏRLƏR

Qarabağda qurulan yeni iqtisadi model müasir standartlara uyğundur.

Bu barədə deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, bu ilin birinci rübü göstərir ki, işğaldan azad olunmuş ərazilərin yenidənqurma prosesi intensiv şəkildə davam etdirilir. 2021-2022-ci ildə Qarabağ və Şərqi Zəngəzurun bərpa və yenidən qurulması üçün 4,4 milyard manat vəsait ayrılması nəzərdə tutulmuşdu. Artıq bu vəsaitin yarıdan çoxu bərpa və yenidənqurma işlərinə həsr olunub. 2022-ci ildə bu istiqamətdə 2,2 milyard manat vəsait ayrılacaq.

“Bu il Azərbaycan tarixinə Böyük Qayıdışın başlanğıc ili kimi daxil olacaq. Prezident İlham Əliyevin dediyi kimi, ilk məskunlaşma Zəngilanın “ağıllı kənd”ndə baş tutacaq. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən infrastruktur layihələri, o cümlədən məskunlaşma ilə bağlı aparılan işlər ondan xəbər verir ki, məcburi köçkünlərin ata-baba yurdlarına qayıtması daha qısa müddətdə reallaşa bilər. Bu istiqamətdə digər vacib məqamlardan biri ondan ibarətdir ki, Azərbaycan Qarabağın yenidənqurmasını daxili maliyyə mənbələri hesabına həyata keçirir. İndiyədək xaricdən hər hansı maliyyə yardımı alınmayıb. Azərbaycanın maliyyə resursları Qarabağın bərpasını intensiv şəkildə aparmağa imkan verir. Bu il də Qarabağın bərpası baxımından vacib illərdən biri olacaq. Füzuli rayonunda ikinci “ağıllı kənd”in inşasına başlanacaq. Sənaye parklarının yaradılması ilə bağlı işlər artıq sürətlənib. Bir sözlə, Qarabağda qurulan yeni iqtisadi model müasir standartlara uyğundur”, - deyə V.Bayramov vurğulayıb. (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR