“Cəbrayıl, Zəngilan rayonlarında günəş elektrik stansiyalarının potensialı həddindən artıq böyükdür”.
Prezident İlham Əliyev dünən 2022-ci ilin ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə belə deyib. Dövlətimizin başçısı bildirib ki, yəni, bütün bunlardan biz səmərəli şəkildə istifadə etməliyik: “Həm bərpaolunan enerji növlərinin ümumi enerji balansımızdakı payını 30 faizə artırmalıyıq, - mən bu göstərişi vermişdim, bəlkə də gələcəkdə daha çox olacaq, - həm də ki, təbii qaza qənaət edib onu indiki yüksək qiymətlərlə ixrac edə biləcəyik”.