22.11.2024, 02:20
AZ EN
06.10.2022, 11:25 414

Nazir müavini: Azad olunmuş ərazilərdə 2050-ci ilə qədər sıfır emissiya zonasının yaradılması planlaşdırılıb

XƏBƏRLƏR
  • İşğaldan azad olunmuş ərazilərdə dayanıqlı şəhər konsepsiyası həyat keçirilir.

Bunu Azərbaycan Milli Şəhərsalma Forumunda "Ekoloji cəhətdən davamlı və dayanıqlı şəhər inkişafı" sessiyasında ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

“Səkkiz aydan qısa müddətdə Füzulidə hava limanı tikilib, hazırda Laçın və Zəngilanda da aeroportların tikintisi davam edir. Zəngilanın zəngin təbiəti nəzərə alınaraq inşa işləri bu ərazilərin park şəhərinə çevrilməsi istiqamətində aparılır. İşğaldan azad edilmiş torpaqlarda "yaşıl iqtisadiyyat", "yaşıl kənd təsərrüfatı", "ağıllı kənd"lər inşa olunur, bu torpaqlarda 2050-ci ilə qədər sıfır emissiya zonası yaradılması planlaşdırılır”, - deyə nazir müavini vurğulayıb. (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR