"Vətən səsi" xəbər verir ki, bu barədə Energetika Nazirliyinin yaydığı məlumatda deyilir. Bildirilir ki, stansiya ümumi gücü 10,5 meqavat olmaqla hər biri 5,25 meqavat gücündə 2 ədəd hidroaqreqatdan ibarətdir.
Xatırladaq ki, "Sarıqışlaq" işğaldan azad olunmuş ərazilərdə yenidən qurulan ilk belə stansiyalardan hesab edilir. Araz çayının sol qolu olan Oxçuçayın üzərində yerləşən stansiyanın qoyuluş gücü 10,5 meqavatdır. Su Elektrik Stansiyasında orta illik elektrik enerjisi istehsalı 26,7 milyon kilovat/saat nəzərdə tutulur. Stansiya 2024-cü ilin oktyabrında istismara verilib.
Elxan SALAHOV