21.11.2024, 20:00
AZ EN
31.08.2024, 12:14 249

Xankəndi şəhərinə qoyulan ilk investisiyaların həcmi açıqlanıb

XƏBƏRLƏR
  • 2023-cü ildə Qarabağ iqtisadi rayonuna investisiyaların həcmi 2 milyard 254,4 milyon manat təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir. Bu isə 2022-ci illə müqayisədə 20% çoxdur. Belə ki, 2022-ci ildə bu rəqəm1 milyard 887,2 milyon manat təşkil edib.

Bu dövrdə Xankəndi şəhərinə qoyulan ilk dəfə 31,5 min manat sərmayə qoyulub.

Məlumata görə, ümumi investisiyaların 33.1 %-i Füzuli rayonuna, 27.8 %-i Şuşa rayonuna, 26,2 %-i Ağdam rayonuna yönəldilib. Hesabat dövründə Qarabağ iqtisadi rayonuna daxil olan Ağcabədi rayonuna sərmayə qoyuluşu 84,3 % artaraq 76,6 milyon manata, Bərdə rayonuna 3,5 dəfə azalaraq 10,65 milyon manata, Xocalı rayonuna 20,8 dəfə arataraq 5,3 milyon manata, Xocavənd rayonuna 34,9 % azalaraq 112,1 milyon manata, Tərtər rayonuna sərmayə qoyuluşu isə 42,2 % artaraq 86,15 milyon manata çatıb, Ağdərə rayonuna isə sərmayə ayrılmayıb. (APA)

Oxşar xəbərlər