19.04.2024, 11:21
AZ EN
03.05.2023, 11:12 187

Cəbrayılda minatəmizləyən məmulatların istehsalı müəssisəsi yaradılacaq

XƏBƏRLƏR
  • Araz Vadisi İqtisadi Zonası Sənaye Parkında İmprotex Qarabağ Sənaye Kompleksi MMC-yə rezident statusu verilib.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.

Nazir qeyd edib ki, şirkət investisiya həcmi 7,3 mln. manatdan çox olan minatəmizləyən, xüsusi təyinatlı texnika və metal məmulatların istehsalı müəssisəsi yaradacaq, 124 nəfəri işlə təmin edəcək.

"Bu müəssisənin yaradılması işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesinə əhəmiyyətli töhfə verəcək və bununla da Böyük Qayıdışı sürətləndirəcək", - M.Cabbarov yazıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2021-ci il Fərmanı ilə Şərqi Zəngəzur iqtisadi rayonunda, Cəbrayıl rayonu ərazisində “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb. (Trend)

Oxşar xəbərlər