Bu barədə EIA "Qısamüddətli enerji perspektivi" adlı hesabatın sentyabr ayı üzrə açıqladığı məlumatda qeyd edilib.
2026-ci il üçün neft hasilatı proqnozu qurumun avqust ayı ilə müqayisədə eyni qalıb.
Gələn ilin birinci rübündə ölkədə orta gündəlik neft hasilatının 550 min barel olacağı gözlənilir ki, bu da avqust ayında verilən proqnozla müqayisədə eynidir.
2026-cı ilin ikinci rübündə Azərbaycanda gündəlik neft hasilatı 540 min barel təşkil edəcək. Bu da qurumun ötən ay açıqladığı proqnozla müqayisədə eynidir.
Agentlik, həmçinin 2026-cı ilin üçüncü və dördüncü rüblərində Azərbaycanda orta gündəlik neft hasilatının 530 min barel olacağını proqnozlaşdırır. Bu, qurumun ötən ay açıqladığı proqnozla müqayisədə eynidir.(Report)