21.11.2024, 18:30
AZ EN
02.10.2023, 17:13 220

Emin Hüseynov: "Son 3 ildə Qarabağda atılan addımlar səmərəli olub"

XƏBƏRLƏR
  • Son 3 ilin təcrübəsi göstərir ki, Qarabağ iqtisadi rayonunda atılan addımlar səmərəli olub.

Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov “Şəhərsalma Həftəsi 2023” çərçivəsində Bakıda təşkil olunmuş "Ümumdünya Məskunlaşma Günü" Forumunda bildirib.

"Biz əsas maraqlı tərəfləri, münaqişənin təsirinə məruz qalan məqamları müəyyənləşdirməliyik. Əhalinin işğaldan azad edilmiş ərazilərə köçürülməsi üçün proqram hazırlanıb. Bu proqram özündə müfəssəl yol xəritəsini ehtiva edir. Həmin proqramda dövlət qurumlarının fəaliyyəti öz əksini tapıb. Proqramda yekun məsələlər də öncədən planlaşdırılıb. Belə ki, hadisələr öz hədəfindən çıxa bilir. Belə anlar olduqda biz baş verən hadisələrin detallarını nəzərə almalıyıq. Risklər də göz önündə tutularaq tədbirlər görülməlidir. Ən mühüm məsələ qarşılıqlı məlumatlandırma olmalıdır", - deyə o qeyd edib. (Report)

Oxşar xəbərlər