21.11.2024, 22:52
AZ EN
04.10.2024, 15:10 240

Ağdamda aqroşəhərcik yaradılacaq

XƏBƏRLƏR
  • Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi ilə Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi arasında kənd təsərrüfatı məhsullarının istehsalının inkişafına dair birgə tədbirlər üzrə Yol Xəritəsi imzalanıb.

"Vətən səsi" xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumatda bildirilir. Məlumata görə, Baş nazir Əli Əsədovun başçılıq etdiyi nümayəndə heyətinin oktyabrın 3-də Kiyevə səfəri çərçivəsində imzalanmış sənəd Belarusun iştirakı ilə Ağdamda kənd təsərrüfatı istehsalının inkişafına dəstək proqramlarının hazırlanmasını, o cümlədən işğaldan azad olunduqdan sonra yenidən qurulan Qızıl Kəngərli kəndində aqroşəhərciyin layihələndirilməsini nəzərdə tutur.

Yol Xəritəsini Azərbaycan tərəfdən Kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi tərəfindən isə Anatoli Lineviç imzalayıb.

Xatırladaq ki, iki ölkə arasında istehsal xəttinin yaradılması üzrə konkret fəaliyyətləri özündə əks etdirən Yol Xəritəsinin hazırlanması barədə razılıq bu ilin yayında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nümayəndə heyətinin Belarusa səfəri zamanı əldə olunmuşdu. Artıq kompleks tədbirlər planı halında hazırlanmış Yol Xəritəsi Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin dəstəyi ilə Azərbaycanda  birgə baytarlıq preparatlarının istehsalı da planlaşdırılır.

Elxan SALAHOV

Oxşar xəbərlər